Interposta.Info

Rüştü Reçber koronavirusa qalib gəldi

İdman
 10-04-2020, 20:58     407

Türkiyə millisinin sabiq futbolçusu Rüştü Reçber koronavirusdan sağalıb.

Bu barədə məlumatı veteran qapıçının həyat yoldaşı Işıl Reçber "Instagram" səhifəsində paylaşıb.

O, R.Reçberin sonuncu analizinin nəticəsinin mənfi çıxdığını açıqlayıb.

Qeyd edək ki, oyunçu karyerası ərzində "Fənərbağça" və "Beşiktaş", eləcə də İspaniya "Barselona"sının formasını geyinmiş Rüştü Reçber hazırda Türkiyə Futbol Federasiyasında Futbolun inkişafı koordinatoru vəzifəsində çalışır./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26