Interposta.Info

"Roma" Mxitaryanla yollarını ayırır, "Arsenal" da onu istəmir

İdman
 11-02-2020, 12:08     369

İtaliyanın "Roma" klubu mövsümün sonunda futbolçusu Henrik Mxitaryanla yollarını ayırmaq niyyətindədir.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, "canavarlar" 31 yaşlı yarımmüdafiəçi üçün İngiltərə "Arsenal"ına 23 milyon avro ödəmək istəmir.

İcarə əsasında "Roma"da çıxış edən oyunçu London klubunun baş məşqçisi Mikel Artetanın da planlarına daxil deyil. "Topçular" Mxitaryan üçün yeni alıcı axtaracaqlar.

Qeyd edək ki, Henrik Mxitaryanın "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26