Interposta.Info

“Bizi Azərbaycanla ciddi oyun gözləyir” - Rayan Giqqz

İdman
 16-11-2019, 09:18     10 391

"Sabah bizi vacib oyun gözləyir. Hər iki komandaya uğurlar arzulayıram. Ancaq qələbə üçün oynayacağıq. Bir müddət əvvəl Tom Lourens zədələnərək sıradan çıxmışdı. Hazırda onun vəziyyəti yaxşıdır”.

Bunu "Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının baş məşqçisi Rayan Giqqz deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı oyun heç də asan olmayacaq: "Bizi Azərbaycanla ciddi oyun gözləyir. Qalib gəlməyi çox istəyirəm. Rəqibə qarşı oyun asan olmayacaq. Futbolçularım sabahkı oyunun bizim üçün nə qədər vacib olduğunu anlayırlar. Əsas məqsədimiz 3 xal qazanmaqdır. Bakıda olmaqdan çox məmnunam. Ümid edirəm ki, buradan xoş təəssüratlarla ayrılacağam".

Qeyd edək ki, Azərbaycan-Uels oyunu noyabrın 16-da "Bakcell Arena”da keçiriləcək./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26