Interposta.Info

Şəhid adı verilən yeni idman mərkəzi, şəhid övladlarına pulsuz xidmət edəcək - "Fitness Center" + VİDEO

İdman / Manşet
 8-09-2019, 22:47     13 338

Bütün yaş quruplarının istifadə edə biləsi "Fitness Center" istifadəyə verildi

İnterPosta.info
xəbər verir ki, 08.09.2019-cu il tarixdə Bakı şəhər Qaradağ rayon "Qobu Park" yaşayış kompleksində yeni açılan "Fitness Center"ə Azərbaycan Respubilkasının Milli Qəhramanı Şikar Aslanovun adı verilib. Şəhidin adını əbədiləşdirən kulub rəhbəri Mehman Hüseyinov bildirir ki, kişi və qadınların idiman etməsi üçün hərbir imkan yaradılıb.
Şəhid övladları üçün bütün xidmətlər ödənişsiz olduğunu deyən, qara kəmər ustası M.Hüseyinov onuda bildirir ki, azərbaycanımıza sağlam gənclik lazımdır ki, 20% işğalda olan torpaqlarımızı erməni qəsbikarlarından azad edək.

Kulubun yaradılması üçün verdiyi dəstəyə görə, Mehman Hüseyinov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədiri Rövşən Rzayev cənablarına xüsusi minnətdarlığın bildirir.



Milli Qəhraman haqqında qısa məlumat!

Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir.

1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır.

1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur.

1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur.
Subay idi.
Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

İnterPosta.info

Şəhid adı verilən yeni idman mərkəzi, şəhid övladlarına pulsuz xidmət edəcək - "Fitness Center" + VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26