Interposta.Info

Qara Qarayev: "Azərbaycan himni bu qədər fitə basılmamışdı"

İdman
 21-11-2018, 12:09     10 444

Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev Millətlər Liqasının VI turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra matç haqqında fikirlərini bölüşüb.

Oxu.Az xəbər verir ki, mətbuat konfransında məğlubiyyətlə yanaşı, kosovolu azarkeşlərin himnimizi fitə basması müzakirə mövzusu olub.

“Heç bir stadionda Azərbaycan himni bu qədər fitə basılmamışdı. Bu yaxşı hal deyil. Bakıya gələndə xalqımız onları normal qarşılayıb. Siyasi məsələlərdən asılı olmayaraq, kosovoluları yaxşı qarşıladıq. Etdikləri hərəkət öz adlarına problem olar. Dövlətini sevən adam başqa himnləri fitə basmaz. Bu hal futbolçularımızı qıcıqlandırdı”,- deyə o bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26