Interposta.Info

Zidana fantastik təklif:

İdman
 1-06-2018, 19:41     10 497

"Real”dan istefa verən Zinəddin Zidan Qətər milli komandasının baş məşqçisi təyin edilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Misirin ən zəngin iş adamlarından hesab olunan Nagib Saviris öz "Twitter" hesabında yazıb.

Misirli oliqarx bildirib ki, fransalı mütəxəssis Qətər Futbol Federasiyasından əla təklif alıb: "Zidan "DÇ-2022" üçün Qətər millisinin baş məşqçisi olacaq. Buna görə 4 ildə ona hər il 50 milyon avro pul ödəniləcək. Pul hər şeyi həll edir?”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26