Interposta.Info

Azərbaycan - Makedoniya: start heyətləri

İdman
 27-03-2018, 19:57     10 485

Milli komandamız bu gün növbəti yoxlama matçını keçirəcək.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin Makedoniya ilə oyunda sınayacaq.

Martın 23-də Bakı Olimpiya Stadionunda Belarus qarşısında minimalhesablı məğlubiyyətə üzülən komandamız Makedoniya ilə Antalyada oynayacaq. "Mardan” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Millinin "sükanı arxası”nda keçirdiyi ilk iki görüşdə qalibiyyət görməyən Qurbanov bu şanssızlığı qırmağa çalışacaq. Komandamızın Qurbanovun rəhbərliyi ilə daha əvvəl qarşılaşdığı hər iki rəqibdən - Moldova və Belarusdan güclü olan makedonlar qarşısında hansı nəticəyə imza atacağı maraqla gözlənilir.

Maraqlıdı ki, indiyə qədər bu komanda ilə keçirilən 6 görüşün heç birində yığmamız qalib gələ bilməyib. İlk dəfə 2000-ci ildə qarşılaşdığımız balkanlılar 5 qələbə qazanıb. Bir görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də rəqibin aşkar üstünlüyündən xəbər verir - 13:4. Bu matçlardan 4-ü yoxlama xarakterli olubsa, 2 dəfə dünya çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Məhz həmin iki oyundan biri (5 sentyabr 2001. Bakı – 1:1) bərabərliklə nəticələnib.

Yoldaşlıq görüşü
27 mart

20.00 Azərbaycan - Makedoniya
Azərbaycan: Kamran Ağayev, Ürfan Abbasov, Ruslan Abışov, Maksim Medvedev, Tural Axundov, Namiq Ələskərov, Dmitri Nazarov, Araz Abdullayev, Amil Yunanov.
Makedoniya: Dimitrievski, Ristovski, Ristevski, Velkovski, Musliu, Nikolov, Bardi, Radeski, Triçkovski, Traykovski, Pandev.
Hakimlər: Halis Özkahya, Kemal Yıldırım, Kerem Ersoy, Ali Palabıyık (Türkiyə).
Antalya. "Mardan” stadionu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26