Interposta.Info

69 yaşlı futbolçu transfer olundu

İdman
 23-02-2018, 16:04     10 514

Türkiyədə 69 yaşlı futbolçu transfer olunub. Qaynarinfo xəbər verir ki, Şerif Kunt adlı futbolçu həvəskarlar liqası təmsilçisi "Karaçay Gənclikspor" klubuna keçib.

Osmaniyədəki həvəs səviyyəli "Zafer İdman Klubu"dan 32 ərzində prezident, məşqçi, futbolçu və texniki işçi olaraq fəaliyyət göstərən Şerif Kunt "Karaçay Gənclikspor"dan gələn təklifi müsbət cavablandırıb.

"Qurub böyütdüyüm, 32 il ərzində həm futbolçu, həm prezident, həm məşqçi kimi xidmət etdiyim klubu təhvil vermək məcburiyyətində qaldım. Futbol karyeramı başqa bir şəhərdə davam etdirmək istədim. "Karaçay Gənclikspor"dan təklif gəldi. Hər kəsə təşəkkür edirəm. "Futbola həm prezident, həm məşqçi, həm də füibolçu olaraq xidmət etmiş biri olaraq səni klubumuzda görmək istəyirik" dedilər. Mən də düşünüb, doğru qərar olduğu qənaətinə gəldim və müsbət cavab verdim" deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26