Interposta.Info

"Dotasiyalar olmasa, "Formula-1"dən zərər edərik" -

İdman
 13-02-2018, 18:11     10 583

"Dövlətin dotasiyaları olmasa, "Formula-1"in təşkilində maddi baxımdan zərər etmiş olarıq".

interposta.info
report-a istinadən xəbər verir ki, bunu "Formula-1" üzrə Azərbaycan Qran-prisinin promoteri Arif Rəhimov Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunmuş konfransdakı çıxışında deyib.

A.Rəhimov bildirib ki, bu cür treklər çox bahalıdır: "Gəlirin olmasını təmin etmək çox çətindir. Lakin bu yarışa sırf maddi qazanc prizmasından baxmamalıyıq. Digər məsələləri - insan resursları, brendin tanıtımı, mediadakı təbliğat və s. nəzərə alsaq, dövlət olaraq "Formula-1"in təşkilindən qazanclıyıq".

Qaynarinfo olaraq qeyd edək ki, Arif Rəhimov Gənclər və idman naziri Azad Rəhimovun oğludur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26