Interposta.Info

Millimizin sabiq futbolçusu “Lotu Quli” ilə şəklini paylaşdı –

İdman
 10-02-2018, 12:26     10 631

Azərbaycanın U-17 millisinin sabiq futbolçusu Haqverdi Yusifovun “Facebook”da paylaşdığı fotosu böyük marağa səbəb olub.

interposta.info
Oxu.Az-a istinadən xəbər verir ki, “Bakı” və onun farm klubu (digər klub üçün futbolçu yetişdirməklə məşğul olan komanda) olmuş “Lokomotiv”in sabiq üzvü Yusifov “Lotu Quli” ilə birlikdə çəkilmiş şəklini paylaşıb.

Haqverdi Yusifov kriminal aləmin üzvü olan “Lotu Quli” ləqəbli Nadir Səlifovla şəklini profilə qoyub.

Qeyd edək ki, Gürcüstan azərbaycanlısı olan “Lotu Quli” 22 il həbsdə olub və ötən ilin sonlarında azadlığa buraxılıb. Onun daha sonra Azərbaycanı tərk etdiyi bildirilir.

Haqverdi Yusifovun da məhz azadlığa çıxması üzündən onun şəklini paylaşdığı ehtimal edilir.

interposta.info
Millimizin sabiq futbolçusu “Lotu Quli” ilə şəklini paylaşdı –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26