Interposta.Info

"Yaxşı və döyüşkən komandaya qarşı oynadıq" -

İdman
 1-02-2018, 11:31     10 484

"Yaxşı və döyüşkən komandaya qarşı oynadıq. Oyunçularının yaxşı mübarizəyə kökləndiyi görünürdü. Məsələn, ikinci hissədə qol vəziyyətləri yaratmaq bizim üçün tamamilə ağır idi. Rəqibin aqressiyasını artırdığı hiss olunurdu".

Qol.az-ın məlumatına görə, bu sözləri Rusiyanın "Anji" klubunun baş məşqçisi Vadim Skripçenko Türkiyənin Antalya şəhərində "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib.

O, həm oyun keyfiyyəti, həm də yekun nəticə baxımından yaxşı nəticəyə nail olduqlarını bildirib: "Eyni zamanda qol buraxmadığımızı müsbət məqam hesab edirəm. Birinci hissədə komandamız hücumda və müdafiədə daha keyfiyyətli çıxış edirdi. İkinci hissədə biz bir sıra dəyişikliklər etdikdən sonra rəqib təşəbbüsə yiyələndi. Oyunçu dəyişikliklərinin tam heyətlə ediləcəyini əvvəlcədən planlaşdırırdıq. Meydana çıxan uşaqların güc futboluna üstünlük vermələri çətin idi. Buna baxmayaraq, onlar xarakter və döyüşkən keyfiyyətlər ortaya qoydular. Əlbəttə, yaxşı əks-hücumlar və bir neçə qol imkanı yaratdıq. İkinci qolu bura bilərdik. Amma ümumilikdə, hesab edirəm ki, uşaqlar bu gün (dünən - red) müsbət qiymətə layiqdirlər".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26