Interposta.Info

Otel mühafizəçiləri Del Pyeronu tanımadıqları üçün içəri buraxmayıblar-

İdman
 11-11-2017, 08:05     10 482

İtaliya yığma komandasının sabiq hücumçusu Alessandro del Pyero ötən gün bir müddət Argentina millisinin forvardı Lionel Messinin qaldığı otelə daxil ola bilməyib.

"Report" xəbər verir ki, buna otel mühafizəçilərinin məşhur futbolçunu tanımamaları səbəb olub. İtaliyalının köməkçiləri və oteldə olan jurnalistlər onlara rus dilində Del Pyeronun kim olduğunu izah etməyə çalışsalar da, bu bir nəticə verməyib.
Lakin sonradan səsə Argentina yığmasının məşqçi qərargahı nümayəndələrindən bir nəfər gəlib və Del Pyeronu Messinin yanına aparıb.

Bu gün Argentina millisi Rusiyaya qarşı yoldaşlıq oyunu keçirəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26