Mario Balotelli təsadüfən öz komandasının məşqçisinə zərbə vurub -
Fransanın “Nitsa” komandasının futboçusu Mario Balotelli Liqa 1-in XII turunda “Dijon”la görüş zamanı təsadüfən öz məşqçisini vurub.
“Report” xəbər verir ki, qarşılaşmanın 89-cu dəqiqəsində qırmızı vərəqə alaraq paltardəyişmə otağına yollanan italiyalı forvard məşqçi skamyasına yumruq atıb. Nəticədə onun zərbəsi komandasının məşqçilərindən birinin başına tuş gəlib.
Qeyd edək ki, “Nitsa” ölkə çempionatında 5 oyunluq qələbəsizlik seriyasını “Dijon”la görüşdə qırıb. Komandanın yeganə qoluna penaltidən məhz M.Balotelli imza atıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26