Interposta.Info

Kamil Zeynallı və Qarabağ futbolçularından növbəti biabırçılıq

İdman
 31-10-2017, 16:58     7 776

“Atletiko” və “Qarabağ” matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşən Kamil Zeynallı qalmaqallı paylaşımı ilə yenidən gündəmə gəlib.

interposta.info xəbər verir ki, “Qarabağ” futbolçuları ilə Madridə yola düşən idmançı "Instagram" vasitəsilə canlı yayım edib.

Yayım zamanı “Məhəmməd Maqa” adlı sosial şəbəkə istifadəçisi ona qarşı xoşagəlməz rəylər yazıb.

Kamil isə futbolçuların yanında yüksək səslə izləyicini və ailəsini ağır söyüşlərlə təhqir edib.

Həmin hadisəni “Qarabağ”ın futbolçuları da izləyib.

Qeyd edək ki, sözügedən video sosial şəbəkədə müzakirələrə səbəb olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26