Interposta.Info

“Fənərbaxça” klubundan möhtəşəm “Qarabağ” pankartı

İdman
 31-10-2017, 07:29     8 516

Futbol üzrə Türkiyə Super Liqasının 10-cu turunun son matçında bu gün "Fənərbaxça” doğma meydanda "Kayserispor”la qarşılaşır.

Yenicag.az xəbər verir ki, İstanbuldakı "Şükrü Saracoğlu” stadionunda keçirilən bu qarşılaşmada "Fənərbaxça” klubu tərəfindən Azərbaycana və Qarabağa dəstək nümayiş etdirilib. Belə ki, tribunalardan birində "Qarabağ, könlümüzdəsən” sözləri yazılmış böyük pankart açılıb.

Əldə etdiyimiz məlumata görə, bu, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın təşəbbüsü ilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilib. Bu, Ermənistan tərəfinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri pozmaq cəhdlərinə qarşı növbəti zərbə kimi də qiymətləndirilə bilər.

interposta.info
“Fənərbaxça” klubundan möhtəşəm “Qarabağ” pankartı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26