Interposta.Info

Azərbaycan millisi Çempionlar Liqasının qalibinə tapşırıla bilər

İdman
 28-10-2017, 12:21     10 430

Futbol üzrə Azərbaycan milli komandasına Roberto Di Matteo baş məşqçi təyin oluna bilər.

interposta.info Report-a istinadən verdiyi məlumata görə, AFFA rəhbərliyi italiyalı mütəxəssislə əlaqə saxlayıb.

Di Matteoya yığmanın sükanı arxasında Robert Prosineçkini əvəzləməsi təklif olunub. Onun təklifə reaksiyası məlum deyil. Prosineçki ilə müqavilənin uzadılmayacağı oktyabrın 26-da açıqlanıb.

Qeyd edək ki, Roberto Di Matteo baş məşqçi karyerası ərzində ən böyük uğurunu İngiltərənin “Çelsi” komandasında ikən qazanıb. Onun rəhbərliyi altında “zadəganlar” 2011-2012 mövsümündə Çempionlar Liqasını qazanıblar. “Qarabağ”ın hazırkı rəqibi üçün bu titul qitənin ən nüfuzlu klub turnirində hələlik yeganədir. 47 yaşlı mütəxəssisin “Çelsi”dən sonra Almaniyanın “Şalke” (2014-2015) və İngiltərənin “Aston Villa” (2016) komandalarına da rəhbərlik edib. 11 gün əvvəl İngiltərənin “Aston Villa” klubu ilə yollarını ayırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26