Interposta.Info

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində finala yüksəldi

İdman
 26-10-2017, 23:58     10 398

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində start götürən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.

interposta.info Report-a istinadla xəbər verir ki, 29 yaşlı idmançı buna 66 kq çəki dərəcəsində nail olub.

Mübarizəyə 1/16 final mərhələsindən başlayan Şıxəlizadə ilk görüşündə honq-konqlu Yuk Tinq Lini 24 saniyəyə yenib. Ardından o, moldovalı Denis Vieru, gürcüstanlı Vaja Marqvelaşvili və rusiyalı Abdula Abduljalilovu üstələyib. Həlledici görüşdə təcrübəli cüdoçu Tal Flikker (İJF) ilə üz-üzə gələcək.

Bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb. Vüqar Şirinli (60 kq) 1/16 finalda honq-konqlu Martin Launu yensə də, növbəti görüşündə özbəkistanlı Şarafuddin Lutfullayevə, İlkin Babazadə (66 kq) startdaca monqolustanlı Tumurxuleq Davadorja, Aişə Qurbanlı (48 kq) macarıstanlı Eva Çernoviçkiyə, Nəzakət Əzizova (57 kq) isə böyük britaniyalı Nekoda Smit-Devisə yenilərək mübarizəni dayandırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26