Rəşad Sadıqovun qəza törətdiyi avtomobilin görüntüləri yayıldı – FOTO

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Range Rover” markalı avtomobili ilə qəza törədib
interposta.info Sportal.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib.
Sadıqov Binə yolunda idarəetməni itirərək, avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin avtomobili əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb. Hazırda onun vəziyyəti yaxşıdır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26