Interposta.Info

Beyrutda ölən idmançımızın yaydığı son –

İdman
 31-08-2017, 15:46     10 430

Beyrutda avtoqəzada ölən və 4 gündür meyiti oradakı morqda qalan idmançımız Xəzər Əliyevin son videoları yayılıb.

Axar.az xəbər verir ki, avqust ayının 25-də dostu ilə Livanın Beyrut şəhərinə istirahətə getdiyi bildirilən MMA döyüş növü üzrə idmançı X.Əliyev 26 avqustda Beyrut küçələrindən və istirahət mərkəzindən video paylaşıb. Şəhər mənzərəsini lentə alan idmançı görüntüləri Feysbuk hesabında yerləşdirib. Sözügedən videolarda özünü də çəkən idmançının kadrlarda tək olduğu görülür.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Xəzər Əliyev Beyrutda avtomobil qəzasına düşüb və hazırda meyiti Beyrut şəhər morqunda saxlanılır. Onun meyitinin ölkəyə gətirilməsi üçün xəstəxanada 12.000 dollar əməliyyat pulu, 7-8 min dollar isə meyitin ölkəsinə göndərilməsi üçün tələb edib. İdmançının anası hazırda Beyruta gedir.

Xarici İşlər Nazirliyi isə idmançımızın Azərbaycana göndərilməsi üçün tədbirlər görüldüyünü bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26