Interposta.Info

"Qarabağ" hamını təəccübləndirmək istəyir" - Kuba

İdman
 7-08-2017, 13:27     10 562

"Qarabağ"ın polşalı müdafiəçisi Kuba ölkəsinin mətbuatına müsahibə verib.

Qol.az-ın məlumatına görə, o, Çempionlar Liqasındakı mübarizələrindən və digər məsələlərdən danışıb.

- Necəsiz? Çempionlar Liqasının "Şerif"lə cavab oyununda burnunuz və barmağınız zədələndi.

- Düzdür, burnumda sınıq var idi. Ancaq həkimlər bunun üçün xüsusi maskaya ehtiyac olmadığını dedilər. Hər şey qaydasındadır. Barmağım da pis deyil. Əsas odur ki, "Qarabağ" pley-offa yüksəldi. Bu komanda heç vaxt pley-off mərhələsində oynamayıb. Tarixi bir şansdır. Qrupa da vəsiqə qazana bilərik. Rəqibimiz güclü "Kopenhagen" olacaq. Onların güclü olduğunu dana bilmərik. Amma biz hamını təəccübləndirmək və ÇL-in qrup mərhələsinə adlamaq istəyirik. İkinci dəfə ÇL-in qrupunda oynamaq mənim üçün möhtəşəm olardı.

- Sabiq klubunuz "Legiya" "Astana"ya uduzdu. Uzun illər çıxış etdiyiniz komanda "Qarabağ"ı 3-cü təsnifat mərhələsində məğlub etdiyi "Şerif"lə qarşılaşacaq...

- "Şerif" zəif komanda deyil. Biz onlarla oyunda asan qələbə qazanmadıq. Lakin "Legiya" fərdi cəhətlərdən də, komanda şəklində də rəqibdən güclüdür. Polşa çempionu Moldova klubunu keçməyə borcludur.

- "Şerif"in stadionunu necədir? Azarkeşlər necə ab-hava yaradır?

- Yaxşı stadionları var. Ümumiyyətlə, komandanın əla bazası mövcuddur. Yəni “Legiya” üçün çətin olacaq.

- "Legiya"nı Azərbaycandakı yaxşı maliyyə imkanlarına görə tərk etdiniz. Bu, çox maraqlı qərar idi...


- Menecerim Azərbaycandan təklif olduğunu bildirəndə yaxşı maliyyə imkanlarına işarə verdi. Fikrimcə, heç də yanılmadım. Bugünkü qərarımdan razıyam və xoşbəxtəm. Çünki maliyyə bir yana çox gözəl komandaya gəlib düşmüşəm. Baza və stadion var. Komanda yaxşı oyun göstərir. Bakıda günəş var. Mən günəşi çox sevirəm. Bura gəldiyim gündən yağış yağmayıb.

- Azərbaycanda Polşada oynayan kiminləsə görüşdün?

- "Yagielloniya"da çıxış etmiş Dani Kintana bizim komandadadır. Həmçinin, Donald Gerrye vaxtilə "Visla" da oynayıb.

- “Qarabağ” Ağdam klubu olsa da, Bakıda oynayır. Bu məsələnin tarixi haqda danışa bilərsiz?

- Ağdam klubu uzun illər əvvəl qurulub. Lakin şəhər Ermənistan tərəfindən işğal olunub. Bu səbəbdən biz Bakıda oynayırıq. Amma burada xeyli azarkeşimiz var. Böyük məqsədləri olan komandayıq. ÇL və çempionluq üçün mübarizə aparırıq və hamısına nail olacağıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26