Interposta.Info

Hakan Şükür “Qalatasaray”da üzvlükdən məhrum edildi

İdman
 27-03-2017, 17:47     519

“Qalatasaray”ln canlı əfsanəsi Hakan Şükür daha klubun üzvü deyil. Bu qərar İdarə Heyətinin bu ərəfədə keçirdiyi iclasında qəbul edilib.

Oxu.Az “Sputnik Turkiye”yə istinadən xəbər verir ki, səs çoxluğu ilə Şükürün və daha öncə “Qalatasaray” üçün oynayan Arif Erdemin üzvlükdən məhrum edilməsinə dair qərar qəbul edilib. Bu sabiq oyunçular ilə yanaşı, klub üzvlüyündən 2500-ə yaxın adam məhrum edilib.

Məlumata görə, Şükür üzvlük haqqını ödəmədiyi üçün məhrum edilib. Karyera boyu Hakan Şükür “Qalatasaray” üçün 302 matçda meydana çıxıb və 130 qol vurub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26