Interposta.Info

İbrahimoviçə

İdman
 8-03-2017, 07:28     577

İbrahimoviçə

"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç cəzalandırılıb. Fanat.Az xəbər verir ki, buna səbəb onun rəqibini dirsəklə vurması olub.

Belə ki, "Bormut"la 1:1 hesabı ilə yekunlaşan matçda isveçli ulduz hava mübarizəsi zamanı rəqibi Tirone Minqsə dirsək atıb. Hakim onu meydandan qovmasa da, İngiltərə Futbol Federasiyası 3 oyunluq cəza verib.

İbrahimoviç bu səbəbdən Federasiya Kubokunda "Çelsi", Premyer Liqada isə "Midlsbro" və "Vest Bromviç" matçlarını buraxacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26