Interposta.Info

Prosineçki “Bursaspor”la razılığa gəldi -

İdman
 24-01-2017, 07:30     578

Prosineçki “Bursaspor”la razılığa gəldi -

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyə superliqasında yarışan “Bursaspor”la razılığa gəlib.

"Bursaspor" rəsmiləri ilə xorvat mütəxəssis arasında keçirilən görüşün nəticəsində tərəflər 2.5 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib. Qəzet yazıb ki, R.Prosineçki yaxın günlərdə Bursaya gedərək müqaviləyə imza atacaq.

Bursa.com saytının yazdığına görə isə, Prosineçki ilə danışıqlar üçün klubun futbol şöbəsinin müdiri Yüksel Çolak Bakıya gəlib.

Qeyd edək ki, ötən həftənin sonu "Bursaspor" baş məşqçisi Həmzə Həmzoğlunu istefaya göndərib.

Xatırladaq ki, R.Prosineçki 2014-cü ilin dekabrın əvvəllərində millimizə baş məşqçi təyin olunub. Onunla müqavilənin müddəti 2017-ci ilin dekabrında başa çatır./fanat.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26