Interposta.Info

"Boavişta" klubu

İdman
 19-01-2017, 09:23     544

"Boavişta" klubu
"Boavişta" klubu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə əlaqədar bəyanat yayıb

"Boavişta" klubu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Portuqaliya Futbol Federasiyasının İntizam Şurası tərəfindən 3 oyunluq cəzalandırılması ilə əlaqədar bəyanat yayıb.

interposta.info bildirir ki, "Report"un məlumatına görə, rəsmi açıqlamada qərarın təəssüf və kəskin etirazla qarşılandığı bildirilir.

Klub cəzanın həddən artıq olduğunu vurğulayaraq, hamının "Benfika" futbolçularının aktyorluq və təxribata çəkmə cəhdlərinə şahidlik etdiklərini diqqətə çatdırıb. "Boavişta" bu halda Ağayevin reaksiyasına haqq qazandırmasa da, 100-dən çox yaşı olan komandaya qarşı ayrıseçkilik edildiyini açıqlayıb:

"Kimsə bu yolla edəcəyi haqsızlığın bizə təsir göstərəcəyini və susacağımızı düşünürsə, yanılır. Biz öz müstəqil və çətin yolumuza davam edəcəyik. Etiraf etməliyik ki, oyunçumuza verilən cəza həmin epizoda baxanda adekvat deyil. Amma, xüsusən daha ağır cəzaların verildiyi halları görərək, cəzanın miqyası ilə razılaşmalıyıq".

Sonda "Boavişta" azad və müstəqil klublara qarşı ayrıseçkilik hallarına qarşı dinc yolla mübarizə aparacağına təminat verib.

Qeyd edək ki, Kamran Ağayev Portuqaliya çempionatında 3:3 hesabı ilə nəticələnən XVII tur qarşılaşmasının final fitindən sonra "Benfika" futbolçuları ilə münaqişəyə girib. Bu səbəbdən birbaşa qırmızı vərəqə alan azərbaycanlı qapıçı 3 oyunluq cəza və 1530 manat cəriməyə məruz qalıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26