Interposta.Info

Azərbaycanda iki qadın təmizlik işçisi olan kişini belə döydü (VİDEO)

Ölkə
 26-12-2019, 16:30     353

Ağcabədi rayonunda xoşagəlməz hadisə yaşanıb.

"İnterPosta.info" xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, yoldan keçən iki qadın təmizlik işçisi olan kişini döyməyə başlayıblar. Ətrafda olan təmizlik işçiləri onları aralamağa çalışıblar. Bu zaman ərazidə olan oğlan da qadınlarla birlikdə xidmətçi kişini vurmağa başlayıb.

Qeyd edək ki, döyülən kişi Ağcabədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçisi olduğu deyilir.

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadın və bir kişinin küçənin ortasında Kommunal Təsərrüfat Birliyinin işçisini döyməsi ilə bağlı görüntülər yayılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26