Bu xəstəxanaya baş həkim təyin edildi - Dekabrdan bəri üçüncü dəfə...
Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub.
Goldmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib.
O, bunadək Maştağa Psixiatriya Xəstəxanasında həkim olub.
Məlumat üçün bildirək ki, o, dekabr ayından bu yana Gəncə Şəhər Psixiatriya Xəstəxanasına təyin edilən sayca üçüncü baş həkimdir. Dekabr ayında bu vəzifəyə Yaqut İlyasova, yanvar ayında isə həkim-psixiatr Sultanə Salmanova baş həkim əvəzi olaraq təyinat almışdı.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

