Media üzərində təzyiq? Rəsmi qurumlar inkar edir – bəs saytı kim blokladı?
Əziz və hörmətli oxucuların nəzərinə
Media qrupumuza daxil olan İnterPosta.info saytının fəaliyyətinə müəyyən məhdudiyyətlərin qoyulması səbəbindən platformamız fəaliyyətini yeni ad altında davam etdirmək qərarı vermişdir. Mövcud vəziyyətlə əlaqədar olaraq, saytımız bundan sonra Goldmedia.az adı ilə fəaliyyət göstərəcək.
Qeyd edək ki, saytın fəaliyyətinə tətbiq olunan bu məhdudiyyətlər süni şəkildə yaradılmış maneələr kimi qiymətləndirilir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə də rəsmi müraciət ünvanlanmışdır.
Bununla yanaşı, redaksiya tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxlanılmışdır. Nazirlikdən verilən məlumata əsasən, saytın yayımının məhdudlaşdırılması onların tərəfindən həyata keçirilməmişdir. Bu isə yaranmış vəziyyəti daha da qeyri-müəyyən edir.
Ortaya haqlı olaraq bir sıra suallar çıxır: əgər məhdudiyyət rəsmi dövlət qurumu tərəfindən tətbiq edilməyibsə, bu addımı kim atmışdır?
Saytın fəaliyyətinə müdaxilə hansı mexanizmlər vasitəsilə həyata keçirilir?
Bu kimi hallar media azadlığı və informasiya əldə etmək hüququ baxımından ciddi narahatlıq doğurur.
Hörmətli oxucular, əgər gələcəkdə saytın fəaliyyətinə yenidən məhdudiyyətlər tətbiq olunarsa, biz fəaliyyətimizi sosial şəbəkələr üzərindən davam etdirməyə məcbur qalacağıq. Buna baxmayaraq, sizə operativ və obyektiv məlumat çatdırmaq istiqamətində işimizi davam etdirəcəyik.
Sizin dəstəyiniz və etimadınız bizim üçün son dərəcə önəmlidir.
Baş redaktor Xaliq Rəşidoğlu
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


