İrandan üç ölkənin vətəndaşları Azərbaycana təxliyə olunub
Martın 16-da günorta saatlarından etibarən İrandan bir qrup xarici ölkə vətəndaşı Azərbaycana təxliyə edilib. Saat 12:00-dan 18:00-dək həyata keçirilən proses çərçivəsində ümumilikdə 9 nəfər ölkə ərazisinə gətirilib.
Məlumata görə, təxliyə əməliyyatı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Azərbaycana gətirilən şəxslər müxtəlif ölkələrin vətəndaşlarıdır. Onların 4-ü Hindistan, 3-ü Əlcəzair, 2-si isə Avstraliya vətəndaşıdır./report
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

