Emin Həsənzadə: İrana 30 tona yaxın humanitar yardım göndərilib
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yola salınıb.
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emin Həsənzadə deyib.
O bildirib ki, humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir: "Avtomobillər artıq yola düşməkdədir".
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

