Daha bir binada narazılıq: Tikinti şirkəti sakinlərə hədə-qorxu gəlir (VİDEO)

Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 250 mənzildən ibarət "Viləşçay" Yaşayış Kompleksinin sakinləri tikinti şirkətindən narazıdır.
"İnterPosta" ATV-yə istinadən xəbər verir ki, bina yaşayış üçün tam hazır olsa da, rəsmi qaydada təhvil verilməyib. Bina hələ də 2018-ci ildə tikinti şirkəti tərəfindən yaradılan MMC vasitəsi ilə idarə olunur.
Bəzi sakinlər bununla razılaşmır. Onlar mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmaq istəsələr də, buna müxtəlif üsullarla maneələr yaradır. Sakinlər bildirir ki, şirkət onları suyu, işığı kəsməklə qorxudur.
Daha ətraflı videomaterialda:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26