Interposta.Info

Aysel Soltanova vəzifəsindən azad edildi

Gündəm
 11-04-2025, 15:50     39 144


"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.

"İnterPosta" pravda.az-a istinadla xəbər verir ki, A.Soltanova fəaliyyətini bundan sonra "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi" publik hüquqi şəxsdə davam etdirəcək.

O, "Azerkosmos", "Baktelecom" və "Aztelekom" kimi şirkətlərdə çalışıb. 2023-cü ilin yanvarında ADY sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, 2024-cü ilin yayında QSC sədri Rövşən Rüstəmovun tapşırığı ilə üç xanım əməkdaşa, o cümlədən müşavir Aysel Soltanovaya "Toyota Corolla" markalı avtomobil verilməsi ilə bağlı məlumat yayılmışdı. ADY isə bu məlumat təkzib etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26