Interposta.Info

Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Gündəm
 6-03-2025, 14:56     41 444

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.

Bu barədə "İnterPosta"ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, martın 4-də DSX-in Sərhəd Qoşunları Komandanlığının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26