Interposta.Info

Bakıda "Rus evi"nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür (FOTO/VİDEO)

Gündəm
 11-02-2025, 14:35     20 374

Bakıda "Rus evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür.

"Report”un məlumatına görə, artıq mərkəzin adının rus dilində yazılan hissəsi götürülüb.

Qeyd edək ki, "Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra Rəsmi Bakı fevralın 3-də "Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.

XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə "Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26