30 yaşlı Nəzrin Mansurovanın ölümünün əsas səbəbi nədir? (VİDEO)

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurovanın ölümü ilə bağlı bəzi detallar məlum olub.
"İnterPosta" İTV-yə istinadən xəbər verir ki, ailəsinin iddiasına görə, Nəzrin əməliyyatdan sonra beyin sümüyündə yaranan çatdan ölüb:
"Əgər o çat əvvəllər olsaydı, Nəzrin çoxdan vəfat edərdi. O çat ancaq əməliyyat zamanı əmələ gələ bilər. Əlimizdə İsrailin təsdiqlədiyi rəsmi, möhürlü sənədimiz var. Orada alın sümüyündə çatın olması və qırıntıların oraya dolması açıq-aşkar qeyd olunub", deyə mərhumun həyat yoldaşı Fərid Mansurlu bildirib.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26