Interposta.Info

İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi (FOTO)

Gündəm
 27-11-2024, 14:32     18 118

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə köməkçi təyin edib.

"İnterPosta" xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ağayev Murad Əsgər oğlu başçısının köməkçisi təyin olunub.

Xatırladaq ki, Murad Ağayev Əziz Əzizovun bacısı oğludur. Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman Murad Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

Əziz Əzizov Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (02.02.2018-12.11.2019) və Suraxanı Rayon İcra Hakimiyyətinin (12.11.2019-08.07.2024) başçısı vəzifəsində işləyərkən isə Murad Ağayev onun köməkçisi olub.

Məlumat mətbuatda dərc olunduqdan sonra - 18 avqust 2021-ci ildə Əziz Əzizov bacısı oğlunu vəzifədən azad edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26