Interposta.Info

Xankəndiyə polis rəisi təyin edildi

Gündəm
 12-02-2024, 21:44     27 349

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində Polis Şöbəsinə rəis təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Nəsirov Göygöl Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək, Xankəndi RPŞ-nın rəisi təyin olunub.

Qeyd edək ki, Zaur Nəsirov 1980-cı ildə Xankəndi şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüqüq fakultəsini bitirib. Həmin ildən daxili işlər orqanlarında xidmət edir. 2021-ci ilin dekabr ayında Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsindən azad edilərək, Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Xatırladaq ki, 2023-cü ilin oktaybr ayında Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində Polis Şöbəsi yaradılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26