Interposta.Info

Hepatit A virusu Ceyranbatan su anbarından yayılır? - Vacib açıqlama

Gündəm
 25-01-2024, 10:31     36 591

Bakı ərazisində "sarılıq” xəstəliyi kimi tanınan Hepatit A virusunun yayılması ilə bağlı xəbərlər bütün diqqətləri Ceyranbatan su anbarına yönəldib.

Virusun su anbarından yayıldığı iddia olunur.

AzTV-nin əməkdaşları məsələni yerində araşdırmaq üçün Abşeron yarımadasını su ilə təmin Ceyranbatan su anbarında olub.

Qeyd edilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə "Azərsu” ASC-nin sözügedən su anbarından səyyar laboratoriya vasitəsilə su nümunələri analiz edilib. Hər iki qurumun analizlərinin nəticəsi müqayisə edilib.

Reportajda içməli suyun təmizlənməsi prosesi, 15 parametr üzrə kimyəvi analiz və 2 parametr üzrə mikrobioloji analiz barədə məlumat verilib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26