Interposta.Info

Onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicəsində yenilik (VİDEO)

Gündəm
 3-11-2023, 09:26     33 419

İlin sonuna kimi onkoloji xəstəliklərin də tibbi sığorta ilə müalicə edilməsinə dair nəticələrin olacağı gözlənir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib ki, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində aparılması üçün bir neçə görüş keçirilib. Hazırda bununla bağlı hesablamalar aparılır və prosesə xarici mütəxəssislər də cəlb edilib.

Zaur Əliyev qeyd edib ki, məsələ ilə əlaqədar ilin sonuna kimi müəyyən hesablama və nəticənin olacağı gözlənir.

Agentlik sədri Spinomuskular atrofiya, yəni SMA xəstələri barədə də araşdırmaların aparıldığını vurğulayıb. Bunun böyük vəsait tələb edən xəstəlik olduğunu söyləyən Zaur Əliyev bu istiqamətdə də işlərin görüldüyünü açıqlayıb.

O vurğulayıb ki, bəzən həkimlərdən də hər hansı xəstəliklə bağlı müraciətlər daxil olur. Belə olan halda bütün müraciətlər toplanır və razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26