Interposta.Info

Xankəndi Dövlət Pedaqoji İnstitutu fəaliyyətini bərpa edəcək? (RƏSMİ)

Gündəm
 24-10-2023, 09:24     24 128

Azərbaycanın təhsil ocaqları da uzun illər ermənilərin işğalından əziyyət çəkib. Onlardan biri də Qarabağda yeganə ali məktəb olan Xankəndi Dövlət Pedaqoji İnstitutu olub. Ermənilər Qarabağda özlərinə yer etikdən sonra azərbaycanlıları bu təhsil ocağından kənarlaşdırmışdılar. İnstitutun adı isə saxtalaşdırılaraq dəyişdirilmişdi. Artıq Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi İnstitutun fəaliyyətinin bərpasını gündəmə gətirir.

Bəs Xankəndi Dövlət Pedaqoji İnstitutu fəaliyyətini bərpa edə bilərmi?

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər ki, mövzu hazırda müzakirə mərhələsindədir.

"Müzakirənin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26