Interposta.Info

Məşhur iş adamı “Titanik Tofiq”in bağça tikməsinə etiraz edən vətəndaş yoxa çıxıb (FOTO)

Gündəm
 23-10-2023, 12:09     23 050

"Bu fotoya diqqət edin. Xətai pr.38 ünvanında, "Messenat Holding”in binasında yaşayan sakinlərdir. Binanın həyətində bağça (obyekt) tikirlər deyə camaat etiraz edir. Bina rəhbərliyi ilə sakinlər arasında başqa mövzularda da dəfələrlə mübahisələr olub. Amma nəticə yoxdur.

"İnterPosta" 32gun.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov sosial şəbəkədə paylaşım edib.

Jurnalist qeyd edib ki, bu gün etiraz edən qonşulardan biri Məmmədli Zöhrab Novruz oğlu mülki geyimli şəxslər tərəfindən binanın qarşısından maşına mindirilərək aparılıb:

"Səbəb barədə nə özü, nə də qonşular məlumatlıdır”.

Mediada gedən məlumata görə, "Messenat Holdinq-Şirkətlər Qrupu” 2006-cı ildə yaranıb və sahibi "Titanik Tofiq” kimi tanınan iş adamı Hacı Tofiq İsayevdir. MMC-nin tərkibinə aşağıda adları çəkilən 19 müəssisə daxildir: "Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC, "Bəhrəmtəpə-Çınqıl” ASC, "İmişli Dəmir Beton” ASC, "Muğan Su Elektrik Stansiyası” ASC, "Qaradağ” ASC"Arbitr-H.T.İ Konsaltinq” MMC, "Titanik” MMC, "Mühafizəçi” MMC, "Marka LTD” MMC, "Viləş-A.A” MMC, "Viləş-M.A” MMC, "Kommunal” MMC, "Aristokrat-İnşaat” MMC, "Həbibli-LTD” MMC, "GART” MMC, "RNT” MMC, "STR” MMC, "Hüquq” MTK, "Konserv Məhsulları İstehsalı” firmaları daxildir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26