Interposta.Info

Suqovuşan istirahət parkı üçün ilkin olaraq 4 milyon manat ayrılacaq

Gündəm
 16-10-2023, 17:12     19 354


Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki istirahət parkının ilkin olaraq müqavilə dəyəri 4 milyon manat təşkil edir.

"Report”un məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məbləğə parkın hər iki mərhələdə inkişafı daxildir: "Buna həmçinin layihələndirmə işləri, layihə-smeta sənədlərinin hazırlanması daxildir”.

Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26