Interposta.Info

Ali məktəblərə bu keçid balları təəccübləndirdi (SİYAHI)

Gündəm
 31-08-2023, 09:22     381

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqənin nəticələri açıqlanıb.

"İnterPosta" "Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, bəzi yeni keçid ballarının aşağı olması sosial şəbəkələrdə təəccüblə qarşılanıb və müzakirələrə səbəb olub.

Bunlar aşağıdakılardır:

- ADNSU - Geologiya və geofizika mühəndisliyi (tədris ingilis dilində),(dövlət sifarişli) - 200 bal

- BDU - Geologiya və geofizika mühəndisliyi (tədris ingilis dilində),(dövlət sifarişli) - 200 bal

- BMU - Energetika mühəndisliyi - (dövlət sifarişli) - 215 bal

- ADNSU - Geologiya və geofizika mühəndisliyi (dövlət sifarişli) - 200 bal

- AzMİU - Maşin mühəndisliyi - (dövlət sifarişli) - 200 bal

- AzMİU - Nəqliyyat mühəndisliyi - (dövlət sifarişli) - 200 bal

- BMU - Maşın mühəndisliyi - (dövlət sifarişli) - 200 bal

- AzTU - Maşın mühəndisliyi - (dövlət sifarişli) - 200 bal

- AzTU - Nəqliyyat mühəndisliyi - (dövlət sifarişli) - 202 bal
- AzTU - Mexanika mühəndisliyi - (dövlət sifarişli) - 214 bal

- BMU - Mexanika mühəndisliyi - (dövlət sifarişli) - 216 bal.

Qeyd edək ki, hüquq fakultəsinin (dövlət sifarişli) universitetlər üzrə formalaşan yeni keçid balları isə belədir:

Bakı Dövlət Universiteti (tədris ingilis dilində) - 630 bal

Bakı Dövlət Universiteti - 586 bal

Dövlət İdarəçilik Akademiyası - 627 bal

Naxçıvan Dövlət Universiteti - 593 bal

Dövlət Gömrük Komitəsinin Akademiyası - 592 bal

Milli Aviasiya Akademiyası - 607 bal.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26