Interposta.Info

DİN-dən əmliyyat: İrandan Azərbaycana 73 kq narkotik gətirənlər tutuldu (FOTO/VİDEO)

Gündəm
 5-08-2023, 11:50     446

İrandan Azərbaycana 73 kq narkotik vasitə gətirən mütəşəkkil dəstə üzvləri həbs olunub.

Bu barədə "İnterPosta"ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İrandan Azərbaycana narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha bir mütəşəkkil dəstə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Bakı şəhəri ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Naiq Hacıyev, eləcə də əvvəllər məhkum olunanalar – 1990-cı il təvəllüdlü Yusif Hüseynov və 1985-ci il təvəllüdlü Ramid Abdullayev saxlanılıblar. Şübhəli şəxslərdən və onlara məxsus ünvanlardan 21 kq güclü təsirə malik narkotik vasitə heroin, 4 kiloqram tiryək, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 41 kiloqram qurudulmuş marixuana, 7 kiloqram metamfetamin olmaqla umumilikde 73 kq narkotik vasitə və psixotrop maddə, həmçinin 1500 ədəd "Metadon" həbi aşkarlanıb.

N.Hacıyev, Y.Hüseynov və R.Abdullayevin qabaqcadan əlbir olmaqla narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı "Rza" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-axtarış, əməliyyat-istinaq tədbirləri davam etdirilir.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26