Interposta.Info

Mingəçevirdə kater sahilə çırpılıb, araşdırma aparılır - YENİLƏNİB

Gündəm
 25-07-2023, 11:30     491

Mingəçevirdə kater sahilə çırpılıb, araşdırma aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, iyulun 24-də saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər - 1998-ci il təvəllüdlü Bayram Abbaszadə, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

00:58

Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində kater qəzaya uğrayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, bu gün axşam saat 21 radələrində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.
Hadisə nəticəsində katerdə olan 4 sərnişin - Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və bir nəfər yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26