Interposta.Info

Ramazan bayramında “Nar”dan hər kəsə 1GB hədiyyə!

Gündəm
 20-04-2023, 17:49     512

“Nar” xalqımızın Ramazan bayramını təbrik edir və abunəçilərinə bu bayram münasibətilə 1GB internet hədiyyə edir. “Ramazan sevincini dostunla paylaş” kampaniyası ilə “Nar” abunəçiləri öz yaxınlarına pulsuz internet meqabaytları göndərə bilərlər.
1GB hədiyyə yollamaq üçün dostunun nömrəsini SMS-lə 760-a göndərmək və ya *760#nömrə#YES şifrəsini yığmaq kifayətdir. Hədiyyə olunmuş internet trafikinin istifadə müddəti 5 gündür. Qeyd edək ki, abunəçi kampaniya müddətində yalnız bir dəfə hədiyyə göndərə bilər, lakin alına biləcək hədiyyələrin sayı məhdudlaşdırılmır.
Hər zaman müştəri yönümlülük strategiyasına əsaslanan layihələri ilə abunəçilərini sevindirən “Nar”ın cari kampaniyaları ilə buradan tanış ola biləriniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26