Interposta.Info

Kərbəlayi Səbuhi məhkəmə zalında öldü

Gündəm
 3-03-2023, 11:40     590


Sosial şəbəkələrdə "Hüseynçi” ləqəbi ilə tanınan və bir müddət əvvəl dövlətə xəyanət ittihamı ilə 17 il müddətinə azadlıqdan məhrum edilən Kərbəlayi Səbuhi (Səlimov) vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, barədə onun yaxınları məlumat verib. Kərbəlayi Səbuhinin bir müddət idi aclıq aksiyası keçirdiyi bildirilirdi.

Mərhumun ailəsi "Amerikanın səsi”nə bildirib ki, S. Səlimov ötən gün Bakı Apellyasiya Məhkəməsində vəfat edib. Belə ki, hakim Həsən Məmmədovun sədrliyi ilə keçirilən iclasda S.Səlimov barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Bundan sonra o, ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, S. Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətə azadlıqdan məhrum edilib.

S. Səlimov ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26