Interposta.Info

Professor Vilayət İsmayılov Möhbalıyevlar haqqında açıqlama verdi: Fərhad Möhbalıyevi prorektor qoymaq istəsəydi...

Gündəm
 17-02-2023, 23:13     439

Vilayət İsmayılov: Saytda Azərbaycan Əmək Sosial Münasibətlər Akademiyasının prorektoru F.F.Möhbalıyev haqqında açıqlama.

Prof. F.F.Möhbalıyev 1976-cı ildə «ADİU»-nin «Siyasi iqtisad» ixtisası üzrə ilk məzunlardan olmaqla oranı fərqlənmə diplomu ilə bitirib.
Təyinatla 1976-1984-cü illərdə «İncəsənət Universitetində» müəllim, 1985-2016-cı illərdə Azərbaycan Bədən Tərbiyə Akademiyasında baş müəllim, dosent və kafedra müdiri vəzifəsində işləmişdir. Eyni zamanda Azərbaycan Əmək Sosial Münasibətlər Akademiyasında (0.5 şt.) 2000-2016-cı illərdə dosent vəzifəsində işləmişdir. 2017-ci ildən isə yalnız Akademiyada çalışır və 2017-ci ildə «İqtisadiyyat və idarəetmə» kafedrasının müdiri işləmiş, 2018-ci ildən tədris və elmi işlər üzrə prorektordur.

Saytın məlumatında F.F.Möhbalıyevin S.S.Möhbalıyevin qardaşı kimi göstərilməsi yalnışdır, əmisi oğludur. İkincisi Akademiyada digər Universitetlərdən fərqli olaraq rektor öz vəzifəsini, prorektor öz vəzifəsini, dekan və digər qurumların rəhbərləri də öz vəzifələrini icra edir. Saytda verilən guya rektor kənardadır, bütün işlər F.F.Möhbalıyev tərəfindən idarə olunur fikri də yalnışdır. Bir şeyi də nəzərinizə çatdırım ki, əgər S.S.Möhbalıyev Fərhad Möhbalıyevi prorektor qoymaq istəsəydi o, 2000-2007-ci ilə kimi adi kfedranın dosenti vəzifəsində çalışmazdı.Digər bir məlumata da açıqlama verim ki, bizim Akademiyanın yeməkxanası arendadadır və Fərhad müəllimlə heç bir əlaqəsi belə olmayan şəxs tərəfindən işlədilir. Mən özüm də F.F.Möhbalıyevdən sonra «İqtisadiyyat və idarəetmə» kafedrasına rəhbərlik edirəm.

Vilayət İbrahinm oğlu İsmayılov, i.e.d, professor.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26