Interposta.Info

Ceyhun 14 nəfərin xilasına bu cihazla kömək etdi (VİDEO)

Gündəm
 16-02-2023, 23:55     377

Azərbaycanlı mütəxəssis Ceyhun Xəlilov özünün qabaqcıl təsvir aparatı ilə Türkiyədəki zəlzələdə 14 nəfərin dağıntılar altından çıxarılmasına böyük töhfə verib.

"Qafqazinfo” xəbər verir ki, Ceyhun Xəlilov bu haqda "Anadolu” agentliyinə danışıb.

Mütəxəssis "Əsrin fəlakəti” olan zəlzələdə axtarış-xilasetmə işlərinə təkmilləşmiş dağıntıaltı görüntü cihazı ilə dəstək verib.
Ətraflı

İstifadə etdiyi cihazın qabaqcıl xüsusiyyətlərə malik olduğunu bildirən Xəlilov, iki kamera və akustik səs yazıcıdan ibarət sistemin dağıntılar altındakı vəziyyəti göstərə biləcəyini və dağıntılar altında olanlarla qarşılıqlı əlaqə imkanı təqdim etdiyini bildirib.

O, Ukraynada Milli Müdafiə Universitetini bitirdiyini, həmçinin Türkiyədə dağıntıaltı görüntüləmə sistemləri üzrə təhsil aldığını qeyd edib. Azərbaycanlı mütəxəssis zəlzələ bölgəsinə fevralın 8-də getdiyini bildirib.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26