Interposta.Info

Şok ittiham: Bu doğum evində pul verməyən xəstələri iynə vurub öldürürlər

Gündəm
 16-02-2023, 15:03     472

Naxçıvan Doğum Mərkəzində rüçvət, qeyri- insani münasibət və digər qanunsuzluqlardan şikayətlər davam edir. Sakinlərin „Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, daha çox pul alsınlar deyə, həkimlər normal doğuşdan imtina edib, qeysəriyyə əməliyyatı təklif edirlər. Bu əməliyyatı etmək üçünsə, xəstələrdən 1000 manat pul tələb olunur. Təklif olunan pulu ödəməyənlərə, doğuşdan sağ çıxmayacaqları ilə bağlı xəbərdarlıq edilir. Bu səbəbdən, xəstə yaxınları məcbur qalıb, bu məbləği rüşvət şəklində ödəyirlər. Bu məbləğin birbaşa xəstəxananın baş həkimi, Ali Məclis sədri Azər Zeynalovun yaxını Kəmalə Qurbanovaya ödənildiyi bildirilir. Xəstə yaxınlarının verdiyi məlumata görə, burada İcbari tibbi sığorta isə ümumiyyətlə keçərsizdir. Bundan əlavə, dövlət hesabına olmasına baxmayaraq, dərmanlar da onlara baha qiymətə satılır.

Şikayətçilərdən Rəna Muradova deyir ki, məcburi qeysəriyyə əməliyyatı üçün, ondan 850 manat alınıb:

"İki aydir ki, ana olmuşam. Həkimlər normal doğuşa məsləhət görmədilər. Didilər ki, normal doğuşdan sağ çıxmayacaqsan. Sığortam olmasına baxmayaraq məndən 1300 manat pul istədilər, etiraz etdim. Baş həkimin Kəmalə Qurbanovanın qəbuluna düşüb, vəziyyəti ona anlatdım. Dedi ki, mümkün deyil, ən azı 850 manat ödəməlisən. Məcbur qalıb borc tapıb, pulu ödədim. Özümün və körpəmin ölməsini istəmirdim. Bilərəm ki, pul verməyənləri, normal doğuş istəyənləri iynə vurub, qəsdən öldürürlər. Bura xəstəxana yox, qəssabxanadır”.

Digər şikayətçi Zeynəb Məmmədova deyir ki, kəskin sancıları olmalarına baxmayaraq, xəstələri soyuq havada saatlarla qapıda gözləməyə məcbur edirlər:

"Müayinəyə gələnləri də gözlədirlər. Deyirlər ki, iş saat 9-da başlayır. Doğuş zamanı qana ehtiyacı oldu-olmadı 50 manat pul alınır. Qana ehtiyacı olmayanları məcbur edirlər ki, qohumları qan versin. Həmin qanı isə yenidən başqalarına satırlar.

Mənə də dedilər ki, normal doğuş edə bilməyəcəksən, mütləq əməliyyat olmalısan. Yoxsa, biz sənə zəmanət verə bilmərik. Məcbur qalıb 1000 manat pul verdim. Təkcə bununla bitmədi. Adi sarğıya, pambığa görə pul tələb edirlər. 50 manat da əlavə qan pulu aldılar. Xəstəxanadan çıxana kimi 1500 manat pulumuz getdi”.

Zeynəb Məmmədova deyir ki, doğuşdan sonra körpənin ağ ciyərinin açılmadığını deyib, ondan iynə almağı tələb ediblər. Həmin iynəni isə ona 140 manata satıblar:

"Məcbur qalıb, iynə üçün də 140 manat verdik. Bütün işlərin başında baş həkim Kəmalə Qurbanovanın özü dayanır. O, xəstəxanaya baş həkim gələndən öz bildiyini edir. 10 ildir ki, xəstəxananı qəssabxanaya çevirib.Naxçıvana yeni səlahiyyətli nümayəndə təyin olunanda hamı sevindi ki, nəhayət doğum mərkəzindəki özbaşınalığa son qoyulacaq. Təəssüf ki, belə olmadı. Şikayətlərə baxmayaraq orada əvvəlki qaydada özbaşınalıqlar davam edir"./qlobal.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26