Interposta.Info

Bakıda müəllimlərin maaşından pul tutulacaq? (RƏSMİ AÇIQLAMA)

Gündəm
 14-02-2023, 15:01     350

Bakıda bəzi məktəblərdə müəllimlərin maaşından müəyyən məbləğ tutulacağı barədə məlumat yayılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Belə ki, hazır ərizə forması paylaşılaraq Türkiyədəki zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə müəllimlərin maaşlarından pul toplanacağı iddia olunub.

Mövzu ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik və qurumdan direktorlara belə bir göstərişin verilib-verilməməsini aydınlaşdırdıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, idarədən heç bir məktəb direktoruna müəllimlərdən pul yığılması barədə göstəriş verilməyib. Hər hansı direktor bunu edirsə, şəxsi təşəbbüsü ilə həyata keçirir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26